27.04.2024

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib

Aprelin 27-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib.

 

Olimpiadanın final mərhələsinin iyunda Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işləri aparmaqdır.