01.05.2024

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 25 illiyi münasibətilə "Sədaqətim şərəfimdir!" adlı tədbir keçirilib

Şuşa rayon 9 nömrəli tam orta məktəbdə Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 25 illiyi münasibətilə "Sədaqətim şərəfimdir!" adlı tədbir keçirilib.

 

Tədbirdə "Aslanlar" taekvondo idman klubunun rəhbəri Musa Aslanov, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin döyüş taktikası və şagirdlər arasında düşmənə qarşı döyüş həmlələri nümayiş etdirilib.

 

"Aslanlar" taekvondo idman klubunun rəhbəri Musa Aslanov idman fəndlərini şagirdləri ilə nümayiş etdiriblər.

 

Sonda qaliblər fəxri fərmanlarla təltif olunublar.


Açar sözlər: ,  ,