15.05.2024

"Gənc xilasedici və yanğınsöndürən" yarışının Qarabağ zonası üzrə rayon birinciliyi mərhələsi keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Gənc xilasedici və yanğınsöndürən" yarışının Qarabağ zonası üzrə rayon birinciliyi mərhələsi keçirilib.

 

Yarışda Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə təhsil alan şagirdlərdən ibarət 5 komanda, hər komandada 7 nəfər oğlan, məktəb rəhbərləri və GÇHR rəhbərləri iştirak edib.

Qarabağ zonası üzrə Bərdə rayonu Y. Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbinin şagirdləri qalib gələrək rayon biricisi olub və final mərhələsinə vəsiqə qazanıblar.

 

Qeyd edək ki, yarışın keçirilməsinin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasıdır.

 

Şagidlərimizə növbəti mərhələdə uğurlar arzulayırıq!


Açar sözlər: