22.05.2024

ADA məktəbi və Özbəkistan akademik liseyinin müəllim-şagird kollektivi Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə qonaq olublar

Mayın 22-də ADA məktəbi və Özbəkistan akademik liseyinin müəllim-şagird kollektivi Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə qonaq olublar.

 

Əvvəlcə qonaqlar Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən birinə həsr olunmuş xatirə abidəsini ziyarət etmiş, görməli yerlərlə tanış olublar.

 

Daha sonra şagirdlərin iştirakı ilə məktəbdə geniş tədbir keçirilib. Şagirdlərin ifasında hər iki xalqın mədəniyyətini əks etdirən ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Sonda şagirdlər arasında ölkəmizin dostluğuna həsr edilmiş təqdimatlar hazırlanıb.


Açar sözlər: ,  ,  ,