25.05.2024

Mayın 25-də "Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi təşkil olunub

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Məmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Bir kəsə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.

 

Çempionat Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

 

Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-lıseydə keçirilən çempionatda hər rayon (şəhər) 1 komanda və 6 nəfər olmaqla təmsil olunub.

Maraqlı və gərgin keçən yarışda Bərdə rayon komandası I yerə layiq görülüb.

 

Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək və onların müxtəlif sahələrdə dərin biliklərə malik olmasını dəstəkləməkdir.


Açar sözlər: ,