Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-lıseydə PISA 2025-Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilib.
Sınaq mərhələsində 64 nəfər şagird iştirak edib.
Qeyd edək ki, PISA 2025-in sınaq mərhələsi Təhsil İnstitutu tərəfindən təşkil olunur. PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.