29.05.2024

Mayın 28-də “Nə? Harada? Nə zaman?” oyunu üzrə məktəblilər arasında açıq kubok keçirilib

Mayın 28-də Füzuli rayon 59 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” və  Füzuli rayonu üzrə təhsil sektoru “Nə? Harada? Nə zaman?” oyunu üzrə məktəblilər arasında açıq kubok keçirib.

 

Rayonun 20-yə yaxın komandasının iştirak etdiyi oyunda Zobucuq qəsəbəsi 26 nömrəli məktəbin “Qalib Azərbaycan” komandası I yerə, Şükürbəyli kənd məktəbinin “Ərgünəş” komandası II, Zobucuq qəsəbəsi 27 nömrəli məktəbin “28 May” komandası isə III yerə layiq görülüb.

 

Qaliblər kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

 

I yerə layiq görülmüş komanda növbəti tura vəsiqə qazanıb.


Açar sözlər: ,  ,