05.06.2024

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsində iştirak etmək huququ qazanıb

Ağdam rayon R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin X sinif şagirdi Kənan Əliyeb Şafa oğlu “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsində iştirak etmək huququ qazanıb.

 

Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

 

Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək.


Açar sözlər: ,