12.06.2024

Qarabağ Regional Təhsil İdarəsi tərəfindən məktəbdənkənar və ümumi təhsil müəssisələrində aparılmış monitorinq və yoxlamaların nəticəsi barədə rəsmi açıqlama

Təhsil müəssisələrində şagirdlərin dərsə, pedaqoji və texniki işçilərin işə davamiyyəti, tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin qaydalara uyğun tərtib olunmasının yoxlanılması və digər məsələlərin araşdırılması məqsədilə monitorinq və yoxlamalar aparılmışdır.

 

Yoxlama zamanı dərnəklərin düzgün təşkil olunmadığı, işçilərin işə davamiyyətinin zəif olduğu, işçilərin öz vəzifə funksiyalarını qanunamüvafiq yerinə yetirmədiyi, şagird davamiyyətinin zəif olduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı müəyyən edilmişdir.

 

Ağcabədi rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Ağdam rayonu 129 nömrəli tam orta məktəbinin, Bərdə rayonu Zümürxan kənd Xankişi İsmayılov adına tam orta məktəbin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

 

Qeyd edirik ki, təhsil müəssisələrində yoxlamalar planlı və ardıcıl şəkildə davam etdirilir.