İşğaldan azad edilmiş Talış kənd tam orta məktəbinin ilk və tək məzunu Səbinə Allasova.
Qeyd edək ki, bu gün Talış kəndində işğaldan azad olunduqdan sonra ilk “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsi üzrə İnzibati təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev, Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyeva, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.