24.06.2024

İyunun 24-də Qarabağ Regional Təhsil İdarəsi üzrə 238 təhsilverən sertifikatlaşdırma prosesinə dəvət olunub

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir.

 

İyunun 24-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 238 təhsilverən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.

 

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.

 

Nəzərinizə çatdırırıq ki, test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

 

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,