İyunun 23-də Bakıi şəhərində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş sərbəst güləş idman növü üzrə "Çempion kəməri" uğrunda açıq turnirində Xocavənd rayon 1 saylı Tuğ kənd tam orta məktəbin şagirdi, eyni zamanda Uşaq-Gənclər İdman-Şahmat Məktəbində güləş dərnəyinin üzvü Hüseynli Ömər Vüsal oğlu I yerin (25 kq), qalibi olub.
Turnirdə 5 xarici dövlət və 60 rayondan ümumilikdə 740 güləşçi iştirak edib.
Yarışın sonunda fərqlənən idmançılar diplom, medal və Çempion Kəməri ilə təltif olunublar.