25.07.2024

Qızıl və gümüş nişanla təltif olunması prosesinə başlanılıb

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması prosesinə başlanılıb.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2023-2024-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların xüsusi nümunəli attestat və nişanla təmin olunması prosesi həyata keçirilir.

 

Qeyd edək ki, respublika üzrə 183 nəfər məzun qızıl, 39 nəfər məzun isə gümüş nişana layiq görülüb.

 

Məzunlarımızı təbrik edir, onlara təhsilin növbəti pilləsində müvəffəqiyyətlər arzulayırıq! 

 

Məzunların siyahısı ilə qeyd edilən keçid vasitəsilə tanış ola bilərsiniz.

 

https://edu.gov.az/.../emr/2024/etn-emr-No3-293-2-499F.pdf


Açar sözlər: ,