23.08.2024

2023-2024-cü tədris ili üzrə qızıl və gümüş nişanla təltif olunan məzunlar ilə görüş keçirilib

Qarabağ Regional Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bərdə və Ağdam rayon Komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə qızıl və gümüş nişanla təltif olunan məzunları ilə görüş keçirilib.

 

Görüşdə idarənin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, sektor müdirləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

İlk öncə Anar Məcidov məzunları təbrik edib, onlara gələcək təhsil illərində uğurlar arzulayıb.

 

Sonra məzunlar təhsillərini davam etdirəcəkləri təhsil müəssisələri, ixtisas seçimləri haqqında məlumat verib, görüşə görə təşəkkürlərini bildiriblər.

 

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestatlar, qızıl nişanlar və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.


Açar sözlər: