24.08.2024

VIII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

 

Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, inzibati təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev, idarənin məsul əməkdaşları və qalib layihələrin rəhbərləri iştirak edib.

 

Görüşdə çıxış edən Anar Məcidov müsabiqənin başlıca məqsədinin təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğunu qeyd edib. Həmçinin müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışaraq layihə qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.

 

Daha sonra görüləcək işlər və qarşıda duran planlar barədə məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələrinə əsasən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 19 layihə qalib olub.


Açar sözlər: