Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, 27 Sentyabr - Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Qeyd edək ki, təhsil müəssisələrində konfrans, toplantı və mühazirələrin, ədəbi-musiqili kompozisiyalar və Şəhid ailələri ilə görüşlәr keçirilib. Bundan başqa, müəllim və şagirdlər tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib.