19.11.2024

Bərdə rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Bərdə rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

 

Görüşdə idarə müdiri Sənan Mənsimli, Bərdə rayonu üzrə təhsil sektorunun əməkdaşları və müəssisə rəhbərləri iştirak edib.

 

Görüş zamanı tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, 4-6-cı siniflər üzrə həyata keçirilən monitorinqlərin nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi, texniki işçilərin işə qəbulu, müəllimlərin etik davranış qaydaları, çalışmanın yaş həddinə çatan işçilərlə əmək müqaviləsi müddətinin tənzimlənməsi barədə danışılıb.

 

Sənan Mənsimli təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, sağlam pedaqoji mühitin formalaşdırılması, nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

 

Görüşün sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,