09.01.2025

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli “Əlaçı” televiziya verilişinin növbəti mərhələsində iştirak hüququ qazanan şagirdlərlə görüş keçirib.  

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli “Əlaçı” televiziya verilişinin növbəti mərhələsində iştirak hüququ qazanan şagirdlərlə görüş keçirib.

Görüş zamanı idarə müdiri şagirdləri təbrik edib və növbəti mərhələdə iştirakla bağlı zəruri tövsiyələr verib.

Qeyd edək ki, "Əlaçı" verilişi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Şagirdlərimizi təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik!