17.01.2025

 Ağcabədi rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ağcabədi rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

 

Görüşdə Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və müəssisə rəhbərləri iştirak edib.

 

Görüş zamanı tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, monitorinq nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi, işə qəbul qaydaları, müəllimlərin etik davranış qaydaları, işçilərlə əmək münasibətlərinin tənzimlənməsi barədə danışılıb. 

 

Sənan Mənsimli təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, sağlam pedaqoji mühitin formalaşdırılması, nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. 

 

Görüşün sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.