Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir.
Yanvarın 22-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Füzuli rayonunda vətəndaş qəbulu keçirib.
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin işə qəbulu və yerdəyişməsi, direktor müavinlərinin işə qəbulu həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına müvafiq tapşırıqlar verib.