İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı tədbirlər keçirilib.
Qeyd edək ki, BMT-nin 3 dekabr 2018-ci il qətnaməsinə əsasən 24 yanvar Beynəlxalq Təhsil Günü elan edilib.
Qərarda bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.
Bu il Beynəlxalq Təhsil Günü “Süni intellekt” mövzusuna həsr olunub.