Müəssisə rəhbərləri ilə görüş keçirilib.
Görüşdə idarə müdiri Sənan Mənsimli, idarənin əməkdaşları və bir qrup müəssisə rəhbərləri iştirak edib.
BilBacar və Cerebry layihələrinə qoşulmanı təmin etmək, şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün tədbirlərin görülməsindən danışılıb.Tətbiq olunan layihələr üzrə məktəblərin aylıq reytinq nəticələri nümayiş olunub.
Qiymətləndirməni keçirtmək üçün komputer və internet resurslarının təmin edilməsinə nəzarət məsələləri müzakirə edilib.
Qeyd edək ki, şagirdlər Bilbacar müsabiqəsində iştirak etməklə riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətləri formalaşdırırlar.
Cerebry layihəsi şagirdlərdə səriştəəsaslı tapşırıqların həlli bacarıqlarını inkişaf etdirmək, zehni fəaliyyətin təhlil olunması, müxtəlif sahələrdə tətbiq oluna biləcək yeni texnologiyalar və alqoritmlərin tətbiq olunması, süni intellekt və neyroelmi prinsipləri bir araya gətirərək, insan beyni ilə əlaqəli məlumatların işlənməsi, öyrənilməsi və analizinin aparılmasından ibarətdir.
Görüşün sonunda direktorların sualları cavablandırılıb.