2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib.
Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə sektor müdirləri, müəssisə rəhbərləri və gənc müəllimlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnzibati təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev çıxış edərək gəncləri təbrik edib. Gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Ölkəmizdə həyata keçirilən islahatlar, yeni təhsil müəssisəsilərinin açılması, xaricdə təhsil proqramlarının yaradılması gənclərə verilən dəstəyin müasir insan kapitalının formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Şagirdlər tərəfindən müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda gənclər siyasətinin həyata keçirilməsində səmərəli və aktiv fəaliyyətinə görə bir qrup müəllim təltif olunublar.