Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb və Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş keçirilib.
Qarabağ Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb və Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında tədris vəziyyəti ilə tanış olub, dərs və məşğələ prosesində iştirak edib.
Daha sonra kollektivlə görüş keçirilib. Görüş zamanı idarə müdiri şagird potensialının düzgün qiymətləndirilməsi, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına riayət edilməsinin vacibliyini qeyd edib.
Müəllim və tərbiyəçilərlə müzakirələr aparılıb, problemləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.