14.02.2025

Füzuli-Xocavənd rayonları üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Füzuli-Xocavənd rayonları üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

 

Görüşdə Füzuli-Xocavənd rayonları üzrə təhsil sektorunun əməkdaşları və müəssisə rəhbərləri iştirak edib.

 

Görüş zamanı tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, monitorinq nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, işə qəbul, müəllimlərin etik davranış qaydaları, işçilərlə əmək münasibətlərinin tənzimlənməsi barədə danışılıb. Buraxılış imtahanları, monitorinq, olimpiada və fənn müsabiqələrinin nəticələri müzakirə edilib.

 

Sənan Mənsimli təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, şagirdlərin müsabiqə və yarışlarda iştiraklılıq səviyyəsinin yüksəldilməsi, işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Görüşün sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.