10.04.2025

Şuşa rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Şuşa rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

 

Görüşdə Şuşa rayonları üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və müavinlər iştirak edib.

 

Görüş zamanı tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, monitorinq nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, işə qəbul, müəllimlərin etik davranış qaydaları, işçilərlə əmək münasibətlərinin tənzimlənməsi və optimallaşma barədə danışılıb. Buraxılış imtahanları, monitorinq, olimpiada və fənn müsabiqələrinin nəticələri müzakirə edilib.

 

Sənan Mənsimli təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, şagirdlərin müsabiqə və yarışlarda iştiraklılıq səviyyəsinin yüksəldilməsi, işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Görüşün sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.