Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsi başlayır.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan hərbi rəhbər vəzifəsi üzrə işə qəbul müsabiqəsi başlayır. İşə qəbul müsabiqəsində ali və ya orta ixtisas təhsili hərbi, ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər iştirak edə bilərlər.
Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olacaqdır. Test mərhələsində namizədlərə 20 ixtisas, 10 məntiqi təfəkkür və İKT bacarıqlarını yoxlayan test tapşırıqlarından ibarət olmaqla ümumilikdə 30 sual təqdim ediləcəkdir. Vəzifə üzrə suallar 2 bal, İKT və məntiq üzrə 1 bal olmaqla qiymətləndiriləcək və hər meyar üzrə 80% və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqdır.
Çağrışaqədərki hazırlıq rəhbəri bunları bilməlidir:
• “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ni (https://e-qanun.az/framework/3729)
• “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/18343);
• “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/3292);
• “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/23021);
• Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
• Çağırışaqədərki hazırlıq işlərinin təşkilini;
• Vətənpərvərlik tərbiyəsi üzrə xidmətin və digər orqanların qərarlarını;
• Silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin istifadəsini;
• Pedaqogika və psixologiya elminin əsaslarını;
• Hesabat və tədrislə bağlı sənədlərin tərtibi normalarını
• Silah və sursatların istifadəsi və saxlanılması tələblərini;
• Təhsilalanların həyat və sağlamlığının qorunması şərtlərini;
• Əməyin mühafizəsi qaydalarını (https://e-qanun.az/framework/11166);
• Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını (https://e-qanun.az/framework/24095);
• Yanğından mühafizənin norma və qaydalarını (https://e-qanun.az/framework/10933);
• Müasir texnologiyalardan istifadə bacarıqlarını.
Müraciət etmək istəyən namizədlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/aT5LJBvAKik4my8D7
Vakant yerlərin siyahısı:https://drive.google.com/.../1_d4lC6jZECbhgbG4u6a.../view...