08.05.2025

"Heydər Əliyev-Suverən Azərbaycanın Memarı" mövzusunda konfrans keçirilib.

Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev-Suverən Azərbaycanın Memarı" mövzusunda konfrans keçirilib.

 

Qarabağ Regional Təhsil İdarəsi və Qarabağ Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda idarə müdiri Sənan Mənsimli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, müəllimlər, şagirdlər və tələbələr iştirak edib.

 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda, dövlətimizin əsas qanununun qəbulunda Ulu öndərin müstəsna xidmətlərindən danışıblar.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. O, bu qərarın Konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolu əks etdirdiyi qeyd edilib.

 

“Tarixə çevrilən ömür” adlı videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsində tələbələr və şagirdlər tərəfindən Ulu Öndərə həsr olunmuş şeir və musiqi nömrələri səsləndirilib.