Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Bərdə şəhər akademik Z.Əliyeva adına adına texniki fənlər təmayüllü liseydə bir qrup müəllimlərlə görüşüb.
İdarə müdiri şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq tövsiyələr verib.
Görüşüb sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.