Fənn müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının final mərhələsində qalib olan şagirdlərlə görüş keçirilib.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, sektor müdirləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
İdarə müdiri şagirdləri və müəllimləri təbrik edib. Müsabiqənin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsində, xüsusi istedadlı şagirdlərin aşkar edilməsində mühüm rolu olduğunu qeyd edib.
Şagirdlər öz təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər, qalib olmağın yolunun ilk növbədə qarşıya məqsəd qoymaqdan, əzmkarlıqdan və məqsədyönlü hazırlaşmaqdan keçdiyini bildiriblər, müəllimlərinə və valideynlərinə dəstəklərinə görə təşəkkür ediblər.
Sonda görüş iştirakçıları ilə birgə müzakirə aparılıb.