İdarə müdiri Bərdə şəhər 9 nömrəli və Kolayır kənd körpələr evi uşaq bağçasının təmir vəziyyəti ilə tanış olub.
Bərdə şəhər 9 nömrəli körpələr evi uşaq bağçası 01.11 2024-cü ildən əsaslı təmirə bağlanmış, layihə tutumu 140 yerlikdir. Hazırda əsaslı təmir işləri aparılan bağçada müasir standartlara uyğun yeni dərs otaqlarının tikintisi aparılır.
Bərdə rayon Kolayır kənd körpələr evi uşaq bağçası 55 yerlikdir. 01.08.2024-cü il tarixdən 17.01.2025-ci il tarixədək cari təmir edilib və başa çatıb.