Müəllimlər arasında intellektual yarış keçirilib.
Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbdə Qarabağ Regional Təhsil İdarəsinə daxil olan ümumi təhsil müəssisələrinin müəllimləri arasında "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş Xəmsə intellektual bilik yarışı keçirilib.
Yarışda Bərdə rayonunu təmsil edən "Hərum" komandası birinci, Ağcabədi rayonunu təmsil edən "Bəyaz düz" komandası ikinci, Şuşa şəhərini təmsil edən "Xarıbülbül" komandası üçüncü yerin qalibi olub.
Qaliblər fəxri fərman və kubokla mükafatlanıdırılıb.
Qeyd edək ki, idarə müdiri yarışdan əvvəl Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbdə dərs prosesinə baxış keçirib, tədris vəziyyəti ilə tanış olub.