27.05.2025

"Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş basketbol yarışı keçirilib.

Qarabağ Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş basketbol yarışı keçirilib.

 

 Yarışda final mərhələsinə Ağcabədi və Bərdə rayonlarının komandaları yüksəlmiş və gərgin mübarizədən sonra Ağcabədi rayon komandası çempion olmuşdur. 

 

Qalib komanda fəxri fərmanla mükafatlandırılıb.