Qarabağ Univeretinə tələbə qəbuluna dair abituriyentlər üçün təbliğat görüşləri keçirilib.
Bərdə şəhəri N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl orta məktəb və Tərtər şəhər Ş.Şikarov adına 5 nömrəli tam orta məktəbdə, abituriyentlər və onların valideynləri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında abituriyentlərə universitetin tədris proqramları, imkanları və qəbul qaydaları haqqında ətraflı məlumat verib. Rektor universitetin peşəkar professor-müəllim heyəti, müasir infrastruktur və tələbələr üçün yaradılmış geniş sosial-mədəni mühit barədə danışıb.
Görüşdə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.