İyunun 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilir.
Sertifikatlaşdırma Qarabağ Regional Təhsil İdarəsi üzrə Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçirilir.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsininə coğrafiya və ibtidai sinif fənləri üzrə tədris aparan təhsilverənlər cəlb olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!