2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbirləri keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir sıra təhsili yerli idarəetmə bölmələrində 2024–2025-ci tədris ilinin yekunlarına həsr edilmiş hesabat tədbirləri təşkil olunur.
Qarabağ Regional Təhsil İdarəsi üzrə keçirilən tədbirdə Agentliyin direktor müavini Arslan Hacıyev, idarə müdiri Sənan Mənsimli, sektor müdirləri, idarənin və rayon sektorlarının əməkdaşları iştirak ediblər.
Tədbir zamanı tədrisin keyfiyyəti, inzibati idarəetmənin təşkili, pedaqoji kadr potensialı, məktəb mühitində dayanıqlılıq, maliyyə resurslarının idarə edilməsi, monitorinq planın icra vəziyyəti, vətəndaş müraciətlərinə baxılması və onlarla işin təşkili kimi əsas istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Arslan Hacıyev növbəti tədris ili üçün ehtiyacların düzgün müəyyənləşməsinin, müəssisələrlə əməkdaşlığın gücləndirilməlisinin, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin artırılmasının vacib olduğunu bildirib.
Qeyd edək ki, hər bir rayon üzrə statistik təhlil əsasında əldə olunan nəticələrlə hər bir təhsil müəssisəsinin dəstək ehtiyacları müəyyən olunur, MÜTDA və Regional İdarələr tərəfindən yeni tədris ili üçün bu ehtiyacların qarşılanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.