Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasına baxış keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Arslan Hacıyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasına baxış keçiriblər.
Baxış zamanı bağçada tədris-tərbiyə prosesi, mövcud şərait və maddi-texniki baza ilə yaxından tanış olunub. Qruplarda uşaqlarla aparılan məşğələlər izlənilib, tərbiyəçilərlə görüşlər təşkil olunub və onların mövcud ehtiyacları dinlənilib.
Tədrisin keyfiyyəti, sanitar-gigiyenik şərait, uşaqların təhlükəsizliyi, qida təminatna baxış keçirilib. Müəssisənin gündəlik fəaliyyətinin təşkili, tədris proqramlarının icrası və metodik yanaşmalar üzrə müzakirələr aparılıb.