Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə yay məktəbi təşkil edilir.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların yay tətilini səmərəli keçirməsi məqsədilə yay məktəbi təşkil olunub.
Yay məktəbi çərçivəsində müxtəlif fənlər üzrə təkrar dərslər, interaktiv məşğələlər, intellektual oyunlar, açıq hava fəaliyyətləri və ekskursiyalar təşkil edilir. Şagirdlərin həm asudə vaxtlarını faydalı keçirmələri, həm də öyrənməyə olan maraqlarının artırılması məqsədilə tədbirlər planlı şəkildə həyata keçirilir.