İşğaldan azad edilmiş ərazilərdə yay məktəbi təşkil edilir.
Füzuli şəhəri M.Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yay məktəbi təşkil edilib.
Yay məktəbinin məqsədi şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, onların yay tətilini səmərəli və maarifləndirici şəkildə keçirmələrini təmin etməkdir.
Şagirdlər tərəfindən böyük sevinclə qarşılanan yay məktəbində müxtəlif fənn məşğələləri, interaktiv təlimlər və inkişafyönümlü fəaliyyətlər həyata keçirilir.