Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçirilib.
Müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış namizədlər dəvət olunub.
Müsahibə mərhələsində namizədlərin ünsiyyət və təqdimetmə bacarığı, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılıb.
Müsahibənin nəticəsi namizədlərin əlaqə nömrəsinə SMS vasitəsilə göndəriləcəkdir.