Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yay məktəbi uğurla davam edir.
Qeyd edək ki, yay məktəbinin məqsədi şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, onların yay tətilini səmərəli və maarifləndirici şəkildə keçirmələrini təmin etməkdir.
Şagirdlər tərəfindən böyük sevinclə qarşılanan yay məktəbində müxtəlif fənn məşğələləri, interaktiv təlimlər və inkişafyönümlü fəaliyyətlər həyata keçirilir.