15.08.2025

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli işğaldan azad edilmiş ərazidə yerləşən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olub.  

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli işğaldan azad edilmiş ərazidə yerləşən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olub.

 

İdarə müdiri işğaldan azad edilmiş ərazilərdə təhsil prosesinə dəstək məqsədilə Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş yay məktəbinə baxış keçirib.

 

Səfər çərçivəsində idarə müdiri tədris prosesinin gedişi ilə yerində tanış olub, dərs proseslərini izləyib və müəllim-şagird kontingenti ilə fikir mübadiləsi aparıb. Yay məktəbi çərçivəsində həyata keçirilən fəaliyyətlər, tədris metodları, mövzu seçimi və şagirdlərin fəallığı barədə ətraflı məlumat alınıb.

 

Görüş zamanı idarə müdiri şagirdlərlə söhbət aparıb, onların yay məktəbi ilə bağlı fikir və təkliflərini dinləyib, tədrisin keyfiyyətinin artırılması məqsədilə tövsiyələr verib.