26.08.2025

Ağdərə rayonu Vəngli və Kolatağ kəndlərinə köçən şagirdlərin valideynləriylə görüş keçirilib.  

Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçən şagirdlərin valideynləriylə görüş keçirilib.

 

Tərtər və Ağdərə rayon üzrə təhsil sektorunun əməkdaşları tərəfindən Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçən şagirdlərin valideynləriylə görüş təşkil edilib.

 

 Görüş zamanı şagirdlərin təhsil müəssisələrinə yerdəyişməsi ilə bağlı zəruri dəstək göstərilib.
Şagirdlərin və valideynlərin qarşılaşa biləcəyi suallar cavablandırılıb, maarifləndirici söhbətlər aparılıb.

 Təhsilin fasiləsizliyinin təmin olunması əsas prioritet kimi vurğulanıb, şagirdlərin yeni mühitə uyğunlaşması istiqamətində psixoloji və pedaqoji dəstəyin davamlı olaraq göstəriləcəyi bildirilib.