Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə təhsil işçilərinin sentyabr konfransının 2-ci günü keçirilib.
Panel müzakirələr 5 seans davam edib.
Müzakirələrdə ARTİ-nin şöbə müdiri Turan Zəkəriyayeva, Qarabağ Regional Təhsil İdarəsinin tədrisin keyfiyyət sektorunun müdiri Anar Şəfiyev, idarə əməkdaşları, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə müəllimlər iştirak ediblər.
2024-2025- ci tədris ili üzrə nəticələr regionun ümumi təhsil müəssisələrinin ötən tədris ili üzrə nəticələri, mövcud problemlər və onların həlli yolları, tədrisin keyfiyyətinin artırılması istiqamətində atılacaq addımlar barədə fikir mübadilisi aparılıb. Həmçinin şagirdlərin rəqəmsal bacarıqları, davamiyyəti, oxuyub-anlama və riyazi təfəkkürünün inkişafı, valideynlərin tədris prosesinə daha fəal cəlb olunması diqqət mərkəzində olub.
Müzakirələr zamanı növbəti tədris ili üçün tədrisin keyfiyyət səviyyəsinin səviyyəsinin artırılması ilə əlaqədar iştirakçıların tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, konfrans sentyabrın 5-də işini yekunlaşdırıb. Fənn müəllimləri ilə keçirilən görüşlər panel müzakirələr formatında təşkil olunub.