15.09.2025

Ağcabədi rayon Qaraş Əliyev adına Hindarx qəsəbə 3 nömrəli ümumi orta və Ağdam rayon Rzalar kənd tam orta məktəbinin tikintidən sonra açılışı olub.   

Ağcabədi rayon Qaraş Əliyev adına Hindarx qəsəbə 3 nömrəli ümumi orta və Ağdam rayon Rzalar kənd tam orta məktəbinin tikintidən sonra açılışı olub. 

 

Açılış tədbirində rayonlar üzrə icra hakimiyyətlərinin rəhbərləri, rayonlar üzrə təhsil sektorlarının müdirləri, şəhid ailə üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər. 

 

Ağcabədi rayon Qaraş Əliyev adına Hindarx qəsəbə 3 nömrəli ümumi orta ümumtəhsil məktəb binası 528 şagird yerlik, üç mərtəbəli bir korpusdan ibarətdir. Təhsil müəssiəsində 22 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, 300 yerlik akt, idman zalları, açıq idman meydançası və köməkçi tikililər var.445 nəfər nəfər şagird təhsil alır onların tədrisiylə 42 nəfər pedaqoji heyət məşğul olur. 

 

Ağdam rayon Rzalar kənd tam orta ümumi təhsil məktəbinin binası 184 yerlikdir. Təhsil müəssiəsində 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, yeməkxana, 70 yerlik akt, idman zalları, açıq idman meydançası və köməkçi tikililər var. 126 şagird təhsil alır, onların tədrisiylə 30 nəfər pedaqoji heyət məşğul olur.