Bərdə rayonu üzrə bir neçə ümumi təhsil müəssisəsinin müəllimləriylə görüş keçirilib.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, sektor müdirləri, idarənin əməkdaşları və müəllimlər iştirak edib.
Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin təşkili barədə” müvafiq əmri və 2025-2026-cı tədris ili üçün fəaliyyət planının icra vəziyyəti ilə bağlı işlər görülüb.
Görüşdə qarşlıqlı müzakirələr aparılıb və suallar cavablandırılıb.