27 sentyabr “Anım Günü” ilə bağlı silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs olunub. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şagirdləri arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi təşkil edilib. Vətənə və şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və musiqi nömrələri nümayiş etdirilib.