01.10.2025

İşğaldan azad edilmiş ərazilərdə məktəbəhazırlıq qruplarında tədrisə start verildi.  

İşğaldan azad edilmiş ərazilərdə məktəbəhazırlıq qruplarında tədrisə start verildi.


Bu gündən etibarən işğaldan azad edilmiş ərazilərdə yerləşən dövlət ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.


Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 2020-ci ildə 5 yaşı tamam olmuş uşaqlar qəbul edilib. Məqsəd uşaqların məktəb mühitinə adaptasiyasını təmin etmək, onların sosial, psixoloji və idraki inkişafına dəstək olmaqdır.