Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən, Məmmədov Qurban Vilayət oğlu Qarabağ Regional Təhsil İdarəsində İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Qurban Məmmədov 2002-ci ildə Gəncə Dövlət Universitetinə Tarix ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Bərdə rayonu R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilib.
2006-2007-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olub.
2008-ci ildə “Avropa və Amerikanın Yeni və Ən Yeni tarixi” ixtisası üzrə dövlət sifarişi əsasında Gəncə Dövlət Universitetində magistraturaya qəbul olub, 2011-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi alaraq fərqlənmə diplomu ilə bitirib.
2011-ci ildə fəlsəfə doktoru proqramı əsasında “Vətən tarixi “ixtisası üzrə Gəncə Dövlət Universitetinə doktorant qəbul olub.
Direktorların İşə Qəbulu üzrə müsabiqənin uğur qazanaraq 01.04.2015-ci il tarixində Bərdə rayon R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib.
07.01.2020-ci ildə Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib.
24 iyun 2022-ci il tarixdən indiyədək Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Yeni təyinat münasibətilə Qurban Məmmədovu təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.