Yeni təyin edilmiş məktəb direktorları ilə görüş keçirilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni təyin olunmuş ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.
Tədbir zamanı direktorlar tərəfindən təmsil etdikləri məktəblərdə həyata keçirilən tədbirlər, işə başladıqdan sonra görülən işlər, şagird nailiyyətləri, tədrisin keyfiyyətinin artırılması və fəaliyyət planı istiqamətində görülən işlər barədə məlumat verilib.
Sənan Mənsimli direktorların qarşısında duran vəzifələr, tədris prosesinin təşkili və idarəetmə sahəsində diqqət yetirilməli məqamlar barədə müvafiq tapşırıqlarını verib.